Rusiya ilə KXDR arasında hərbi müqavilənin gizli bəndi ortaya çıxdı

Rusiya və KXDR arasında hərbi əməkdaşlıq müqaviləsi gizli bəndi ortaya çıxıb.

Bizimxeber.az bildirir ki, Rusiya kəşfiyyat mənbələri "The Wall Street Journal"-a bildiriblər ki ,Pxenyan real döyüş təcrübəsi qazanmaq üçün minlərlə əsgərini Ukrayna cəbhəsinə göndərə bilər.

Onların sözlərinə görə, bu ilin iyununda Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya gedərkən Pxenyan qida və yanacaq müqabilində Moskvaya artilleriya mərmiləri təklif etməyə hazır olub. Bununla belə, müqavilənin son variantında Şimali Koreya əsgərlərinin müharibəyə göndərilməsi ilə bağlı gizli bənd də yer alıb.

WSJ mənbələri bildirir ki, hazırda KXDR əsgərlərinin əksəriyyəti cəbhə xəttindən təhlükəsiz məsafədədir. Onlar rus qoşunlarının logistikanı necə idarə etdikləri ilə tanış olur və pilotsuz təyyarələrlə döyüş prinsiplərini öyrənirlər.

Rand Korporasiyasının nüvə təhlükəsizliyi üzrə əməkdaşı Benjmani R. Young bildirib ki, Pxenyan müharibədə qalib gəlməyi və düşməni artilleriya ilə məğlub etməyi öyrənmək şansından istifadə edir. Ekspert deyib ki, heç bir təlim real hərbi təcrübəni təkrarlaya bilməz və Koreya yarımadasında yeni münaqişə başlayarsa, bu, dividendlər verə bilər.

Şimal üzrə ekspert Fyodor Tertitski  isə deyib ki, əvvəllər KXDR Misirə, ehtimal ki, Suriya və Zambabveyə texniki işçilər kimi hərbi personal göndərib, lakin Ukraynaya minlərlə əsgərin göndərilməsi Kim Çen In rejimi üçün risk yaradır.

WSJ Avropa kəşfiyyat mənbəsi bildirib ki, Putin Koreya yarımadasında gərginliyin artmasında maraqlıdır, çünki bu, Qərbi növbəti hərbi münaqişə ilə üzləşməyə məcbur edəcək. Belə olan halda Ukrayna daha az diqqət və resurslar alacaq,

Bundan əvvəl Cənubi Koreya Milli Kəşfiyyat Xidməti məlumat verib ki, KXDR Ukraynaya qarşı müharibədə iştirak etmək üçün ümumi sayı 12 min nəfər olan 4 hərbi briqada göndərmək niyyətindədir. Bundan əlavə, xüsusi təyinatlı dəstə, eləcə də Rusiyanın Su-25 və MiQ-29 təyyarələrini idarə edəcək hərbi pilotlar cəbhəyə gedə bilər.