İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə çoxsaylı araşdırma komissiyası üzvləri gəlib.
Səhər saatlarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri qəzanın səbəblərini araşdırmaq üçün komissiyanın yaradılması barədə göstəriş verib.
Bildirilir ki, hökumət komissiyasına general-mayor Əli Abdullahi rəhbərlik edib.
Qrupun tərkibinə qəzanın səbəblərini ətraflı öyrənəcək hərbi və texniki ekspertlər daxil olacaq.