Josep Borrell Kiyevə gəlib

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Kiyevə səfərə gəlib. 

Bizimxeber.az bildirir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

O qeyd edib ki, bu, onun 2022-ci ildən bəri beşinci səfəridir. Bundan əvvəl Borrell ABŞ prezidenti Donald Trampın seçilməsi fonunda gələcək yardımı müzakirə etmək üçün Ukraynaya səfər edəcəyini açıqlamışdı.