İran Türkiyənin dəniz və havada axtarış-xilasetmə üçün məsuliyyət daşıdığı ərazi daxilində olan ölkədir. Bu səbəbdən də biz bütün hava və dəniz vasitələrinin siqnallarını izləyirik.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
"Helikopterin siqnal verib-vermədiyini izlədik, bunun ardından dərhal İran tərəfi ilə əlaqə saxladıq. Belə qənaətə gəldik ki, helikopterdəki siqnal sistemi ya sönmüşdü, ya da yox idi", - nazir bildirib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.