Qəzzada 14 minə yaxın terrorçunun məhv edilib -

İsrail Müdafiə Qüvvələri il ərzində Qəzza zolağında 14 minə yaxın terrorçunun məhv edildiyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə IDF məlumt yayıb.

İsrailin məlumatına görə, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının 4,7 minə yaxın tuneli və 1 mindən çox raket buraxılış məntəqəsi məhv edilib.

Qəzzada hədəflərə 40,3 minə yaxın hava zərbəsi endirilib.

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bu yana 41 431 nəfərə çatıb.