Daha bir general vəzifəsindən azad edildi

4-cü Ordu Korpusunun rəhbəri general-mayor Münasib Babayev vəzifəsindən azad edilib. 

Bizimxeber.az--ın xəbərinə görə, o, müvafiq əmrlə sərəncama götürülüb.

Qeyd: M.Babayev Vətən Müharibəsinin iştirakçısı olub. O, indiyədək "Azərbaycan Bayrağı” və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Laçının azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.