Litvada NATO-nun genişmiqyaslı təlimlər başladı

Bu gündən Litvada 10 gün davam edəcək “Dəmir Qurd – 2024-II” beynəlxalq hərbi təlimləri başlayacaq.

Bizimxeber.az bildirir ki, bu barədə Litva Silahlı Qüvvələrinin bəyanatına istinadən xəbər verir. 

Təlimlər General Silvestras Jukauskas poliqonunda keçiriləcək və burada 3200-dən çox Litvalı və müttəfiq hərbçi və 700 hərbi texnika cəlb olunacaq. Təlimlərdə Litva hərbçiləri ilə yanaşı, Belçika, Çexiya, ABŞ, Lüksemburq, Norveç, Hollandiya və Almaniyanın nümayəndələri də iştirak edəcək.