Putin icazəsiz Belarus ərazisindən Ukraynaya hücum edib - Lukaşenko

2022-ci ilin fevralında Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya Belarus ərazisindən Ukraynaya hücum edəcəyi barədə xəbərdarlıq etməyib.

Bizimxeber.az bildirir ki, Belarus prezidenti Lukaşenko bu barədə BBC-yə müsahibəsində bildirib .

“Bir neçə min rus əsgərinin iştirakı ilə təlimlər keçirilirdi. Putin bu qoşunları Belarusun cənubundakı yerləşdikləri yerdən, Ukrayna ilə sərhəd boyunca yoldan çıxarmağa başladı. Bir anda bu qoşunların bir hissəsini Kiyevə yönləndirdi. Əminəm ki, onlar təxribata məruz qalıblar”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, rus qoşunlarının Belarus ərazisini necə tərk edəcəyi yalnız Putindən asılı idi. Lukaşenko qeyd edib ki, o, bunu Kiyev və ya Minsk vasitəsilə edə bilərdi.

Jurnalist Belarus prezidentinin baş verənlərə aydınlıq gətirmək üçün həmin anda Putinə zəng edib-etmədiyini soruşub. "Xeyr. Mənə zəng etmədi. Və mən də ona zəng etmədim. Bunlar onun qoşunlarıdır və o, onları istədiyi yerdə geri çəkmək hüququna malikdir”, - Lukaşenko bildirib.

Üstəlik, müharibə başlayandan sonra Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirdi. Lakin Lukaşenko əmin edib ki, onun razılığı olmadan Putin bu silahlardan Ukraynaya qarşı münaqişədə istifadə edə bilməyəcək. Özü də “yalnız bir [xarici] əsgərin çəkməsi Belarus ərazisinə ayaq basarsa” buna əl atmağa hazırdır. "Biz heç kimə hücum etməyi planlaşdırmırıq" dedi Lukaşenko.

2022-ci ilin martında Lukaşenko Kremldə Putinlə görüşdə Kiyevin Rusiya və Belarus qoşunlarına hücum hazırladığını bildirib. “Əməliyyatdan altı saat əvvəl ( Rusiyanın işğalı - TMT) qabaqlayıcı zərbə endirilməsəydi , onlar təlimlərdə olan Belarus və Rusiya qoşunlarımıza hücum edəcəkdilər. Ona görə də bu müharibəni biz başlamamışıq, bizim vicdanımız təmizdir”, - Lukaşenko vurğulayıb

. O, həmçinin Putinə “Ukraynaya hücuma hazırlıq xəritələrini” göstərəcəyini vəd edib.