Polşa soydaşlarını dərhal İranı tərk etməyə çağırdı

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Polşa vətəndaşlarına müraciət edərək İranı dərhal tərk etməyə çağırıb. 

Bizimxeber.az bildirir ki, Radoslav Sikorski polyakları İranı dərhal tərk etməyə çağırıb. 

"Lütfən, İranı dərhal tərk edin", - Sikorski bildirib. 

Nazir xatırladır ki, Yaxın Şərq təhlükəlidir. "Humanitar yardımla da bağlı fövqəladə planlarımız var" deyən o vurğuladı və əlavə etdi ki, "bu bölgədə qalma anı deyil".