Paşinyan seçki məcəlləsini niyə dəyişir? - uzunmüddətli plan

Ermənistan Ədliyyə Nazirliyi Seçki Məcəlləsinə dəyişikliklər edib. 

Bizimxeber.az bildirir ki, dəyişikliyə görə, fövqəladə vəziyyət və ya hərbi vəziyyət elan olunduğu halda yeni seçkilərin keçirilməsi mümkün olacaq. 

Təklifə görə, səslərin hesablanması başa çatana qədər fövqəladə və ya hərbi vəziyyət elan olunarsa və nəticələr protokolda qeyd olunarsa, seçki prosesi dayandırılacaq və onun davam etdirilməsi üçün yeni səsvermə təşkil edilməlidir.

“Hayastan” blokunun deputatı Armenuhi Kyureqyan deyib ki, təklif olunan dəyişikliklər hakim partiyaya hakimiyyətdə qalmasını uzatmaq imkanı verə bilər. Onun fikrincə, seçkilərin proqnozlaşdırıla bilən nəticələri ilə hakimiyyət prosesi dayandırmaq üçün fövqəladə vəziyyət yarada bilər.

“Bu, seçkinin nəticələrinə təsir etməık deyilmi? – Kyuregyan deyib.

O, həmçinin qeyd edib ki, fövqəladə vəziyyətə görə bölgələrdən birində səsvermə keçirilməsə, bu, seçkilərin yekun nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər və ona görə də belə hallarda səsvermənin dayandırılması zəruridir.

Xatırladaq ki, Ermənistanın yeni Seçki Məcəlləsi 2021-ci ildə qəbul edilib. Onun əsas dəyişiklikləri sıralamalı seçki sistemindən imtinadır. 2025-ci ilə qədər partiyaların maliyyə hesabatlarına nəzarəti Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, seçki kampaniyalarının büdcələrinə isə Mərkəzi Seçki Komissiyası həyata keçirir. Bununla belə, 2025-ci ildən sonra bu sistemə yenidən baxılması planlaşdırılır, çünki Korrupsiyaya Qarşı Mübarizə Komissiyası hökumət qarşısında cavabdehdir və onun müstəqilliyinə şübhələr yaradır.