Paşinyan ermənilərin ölkəni kütləvi tərk etməsindən danışdı

"Ermənistan hökuməti ölkənin əsas problemini - mühacirət səbəblərini hələ də öyrənməyib".

Bizimxeber.az bildirir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

O deyib ki, vətəndaşların Ermənistanı niyə tərk etməsinin səbəblərini öyrənmək lazımdır: "Demoqrafik problemi yalnız doğum səviyyəsi ilə əlaqələndirmək olmaz. Problemlərdən biri hərbi xidmətlə bağlı qorxudur. Digər problem insanların məşğulluq imkanlarını və layiqli maaşlarını görməməsidir. Başqa bir mühüm məsələ ədalətsizlikdirsə, o zaman vətəndaş özünə belə bir sual verir. Mən öz hüquqlarımı evdə qoruya bilmirəmsə, məni doğma ölkəmlə nə bağlayır?”.

Paşinyanın sözlərinə görə, Avropa ölkələrindəki otellərdə olarkən, ofisiantların onunla tez-tez ermənicə danışıblar: "Maraqlıdır. niyə bu adamlar Ermənistanda otellərdə işə düzəlmirdilər? Onlardan bəziləri bu suala cavab verərək Ermənistanda belə işin prestijli olmadığına diqqət çəkiblər. Və biz bu problemlərin fərqinə varmadan, diasporun fəaliyyəti ilə bağlı gözəl sözlər səslənidirə bilmərik.  Tutaq ki, son 30 ildə cəmi 10-20 mühacir Ermənistana qayıdıb, amma bu, problemin həlli deyil. Ona görə də demoqrafiyadan danışarkən bununla bağlı problemləri də nəzərə almaq lazımdır”, - Paşinyan vurğulayıb.