Özbəkistan da BRİKS-ə qoşulmadı

BRİKS-ə qoşulmaqdan imtina etdiyini elan edən Qazaxıstandan sonra Özbəkistan da Rusiya ilə iqtisadi birlikdən imtina edib.

Bizimxeber.az bildirir ki, Respublika Parlamenti Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov deyib ki, "Rəsmi Daşkənd Avrasiya İqtisadi İttifaqına qoşulmağı planlaşdırmır".