Norveç də Fələstin dövlətini tanıdı

Norveç Fələstin dövlətini tanıdığını elan edib.

Bizimxeber.az bildirir ki, bu barədə Norveçin baş naziri Jonas Haar Støre xüsusi mətbuat konfransında bildirib.

Norveçin İsraili dövlət kimi tanımasından 75 il sonra Norveç BMT-nin Fələstini də tanıyan 144-cü ölkəsi oldu.

Tanınma mayın 28-də qüvvəyə minəcək.

O, deyib ki, Yaxın Şərqdə sülhün bərqərar olması üçün Fələstin dövləti mütləq lazımdır.

“Fələstini tanımaqla biz digər ölkələri Fələstin dövlətinin qurulmasını dəstəkləməyə daha güclü şəkildə sövq edə biləcəyik və Fələstin dövlətini məsuliyyətə cəlb edə biləcəyik”, - Stör bildirib.