Almaniya "Avro 2024" oyunları zamanı terror xəbərdarlığı etdi

Almaniya hökuməti xəbərdarlıq edib ki, ölkə 2024-cü ilin martında Moskvanın Crocus City Hall-da baş vermiş terror aktına bənzər terror aktı ilə üzləşə bilər.

Bizimxeber.az bildirir ki, bu barədə Financial Times qəzeti yazır.

Nəşr Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fayzerdən sitat gətirir: “Avropa, xüsusən də Almaniya cihadçı təşkilatların, xüsusən də İŞİD* və İŞİD-K*-ın radarındadır. Hökumətin “geniş miqyaslı əlaqələndirilmiş hücum” xəbərdarlığı ölkədə futbol üzrə Avropa çempionatının keçirildiyi vaxta təsadüf edir.

Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin (BfV) rəhbəri Tomas Haldenvanq deyib ki, mümkün ssenari bu yaxınlarda Moskvada gördüyümüz kimi genişmiqyaslı əlaqələndirilmiş hücumdur”.