Ermənistan silahlanmasını suveren hüququ adlandırır

"Ermənistan hesab edir ki, Azərbaycanın regional eskalasiyanın mümkünlüyü ilə bağlı bəyanatları bu ölkənin hakimiyyətinin noyabrda keçiriləcək COP29 sammitindən sonra sülh prosesini pozmaq və yeni təcavüzə başlamaq niyyətlərini göstərir". 

Bizimxeber.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyi Fransa ilə Ermənistan arasında “Sezar” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilənin imzalanmasına münasibət bildirərək, Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə və yeni ocağın yaradılmasına görə məsuliyyət daşıdığını bildirmişdi.

"Müharibə “tamamilə Ermənistan rəhbərliyinin və Makron diktaturasının üzərinə düşəcək”- deyə bəyanatda bildirilir: "Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Fransanın Ermənistanı silahla təmin etməsi Parisin Cənubi Qafqazda təxribat xarakterli fəaliyyətinin növbəti sübutudur”.

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, "Hər bir ölkə kimi Ermənistanın da müasir silahlara malik döyüşə hazır orduya malik olmaq hüququ var - bu, istənilən dövlətin suveren hüququdur". /Sputnik armenia/