Netanyahunun həbsinə order verilmədi

Beynəlxalq Cinayət Məhkəməsi Qəzzada hərbi cinayətlər törətməkdə ittiham olunan İsrailin baş naziri Netanyahu və müdafiə naziri Qalantın həbsinə order verilməsini təxirə salıb.

Bizimxeber.az bildirir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Qərar Böyük Britaniyanın məsələ ilə bağlı BCM-nin yurisdiksiyasına qarşı ərizə verdikdən sonra verilib.

London və digərlərinə etirazlarını bildirmək üçün iyulun 12-dək vaxt verilib.