Nəsimidə ağacəkmə aksiyası davam edir - Fotolar

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar oktyabrın 18-dən başlayan ağacəkmə aksiyası davam etdirilir. 

Tərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 9 mindən artıq ağac, gül kolları, çiçək əkilib.

Bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Moskva prospekti boyunca 1000-dən artıq dekorativ gül kolları və çiçəklər, 150-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam etdiriləcək.

Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.