"Moldovanın Rusiya bazarını tərk etməsi təxribatdır"- Ruspərəst Vasili Tarlev

"Avropa ölkələri Moldovanı Rusiya ilə iqtisadi əlaqələri kəsməyə vadar edir, eyni zamanda, özləri mallarını Rusiya bazarında satırlar".

Bizimxeber.az bildirir ki, bunu ölkənin keçmiş baş naziri və prezidentliyə namizəd Vasili Tarlev deyib.

"Moldovanın Rusiya bazarını tərk etməsi təxribatdır, strateji və taktiki səhvdir. Rusiya bazarı bizim tədarükümüz üçün ən böyük bazar idi. Rusiya ilə müharibə edən, lakin Moldovanı onunla əlaqələri kəsməyə məcbur edən ölkələr bizi aldatdılar ki, bazardan çıxaq və onlar bunu da ələ keçirsinlər”, - deyə siyasətçi RİA Novosti-yə müsahibəsində bildirib.

O xatırladıb ki, Avropa İttifaqı bazarı daha böyükdür, lakin bu bazarlarda Moldova mallarını tanımırlar. Ona görə də ölkə tarixi bazarlardan imtina etməməlidir. Avropa bazarı bizim MDB bazarında satdığımız yüzlərlə, minlərlə dekalitr şərabla müqayisə oluna bilməyəcək qədər kiçik həcmlər alır".