Moldovadan sonra Latviyadan Kremlə böyük zərbə - Təbliğat portalları bloklandı

Latviyada təhrif olunmuş təbliğat xəbərləri dərc edən Rusiya domeninə malik 17 portala giriş bloklanıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Delfi” məlumat verib.

Latviyanın Elektron Media üzrə Milli Şurası (NEPLP) Kremlin rəvayətinə əsasən dünyada baş verən hadisələrdən bəhs edən və ya digər Rusiya təbliğatını dərc edən 17 rus onlayn resursuna girişi məhdudlaşdırmağı əmr edib.

Tənzimləyici bu barədə başqa qurumun ona müraciətindən sonra portalların məzmununa baxışın nəticələrinə əsasən qərar qəbul edib. 

Latviya provayderləri topcor.ru, russkie.org, yashkinskyrayon.rf, dagpravda.ru, otr-online.ru, sevkavportal.ru, nur-05.ru, nikatv.ru, informugra.ru, edinstvo- news.ru, gubtrk.ru, epochheroev.rf, overclockers.ru, grozny.tv, yakutia-daily.ru, riamo.ru, heroispetsoperatsii.rf. portallarına girişi bağlamalı olacaqlar.

Xatırladırıq ki, Moldovada seçkilərə az qalmış yeddi vebsayta, xüsusən də Rusiyanın RİA Novosti təbliğat agentliyinə, eləcə də qondarma Krım hökumətinin saytına giriş bloklayıb. Həmçinin, Yandex, Rutube və Dzen də bloklananlar sırasındadır.