Minlərlə insan "Mercedes" avtosalonların satışına etiraza başladı

Almaniyada minlərlə insan "Mercedes" markalı avtosalonların satışına etiraz edir.

Bizimxeber.az bildirir ki, 25 minə yaxın Mercedes-Benz işçisi şirkətin avtosalonlarının planlaşdırılmış satışına qarşı nümayiş keçirir.

Mitinqlərdə təkcə avtosalonlarda deyil, həm də Mercedes zavodlarında çalışan işçilər iştirak edib, burada etirazçılar qəzəblərini baraban, fit və pankartlarla səsləndiriblər.

Zavodun ümumi şurası və IG Metall həmkarlar ittifaqının məlumatına görə, Baden-Vürtemberq ştatının Sindelfingen şəhərindəki lüks avtomobil istehsalçısı zavodunda keçirilən etiraz aksiyasına 10 minə yaxın insan qatılıb.

“Biz birlikdəyik - 2 iyul və hər gün” şüarı altında daha çox etirazçı Mercedes-Benz Qrupunun Ştutqartdakı baş qərargahı yaxınlığında, eləcə də Rastatt, Düsseldorf, Bremen və Berlin şəhərlərində toplaşıb.

Mercedes-in bütün istehsal xətləri dayanıb, çoxsaylı filiallar da bağlanıb.

Mart ayında konserni elan etmişdi ki, avtosalonları satmaq niyyətindədir və onların hər birinin taleyinə ayrıca baxılacaq. Şirkətin mətbuat katibinin sözlərinə görə, hələlik bir dənə də olsun avtosalon satılmayıb.