Zelenskidən Orbanın təklifinə ŞOK cavab - "Putin qatildir və ona etibar etmək olmaz"

Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya səfəri zamanı dərhal atəşkəslə bağlı təklifini açıq şəkildə şərh edib.

Bizimxeber.az bildirir ki, "Bloomberg TV"-yə müsahibəsində Zelenski deyib ki, sadəcə atəşkəsdən danışmaq olmaz, plan lazımdır: "Prinsip etibarı ilə biz Putinə etibar edə bilmərik, çünki bizim üçün o, qatil və təcavüzkardır. Macarıstanın Rusiyanın təcavüzkar olduğunu, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıması vacibdir".

Zelenski xatırladıb ki, Ukrayna Minsk razılaşmalarından sonra atəşkəs razılaşmaları ilə “yüzlərlə görüş” keçirib və Rusiya onların hamısını pozub: "Danışırlaq o şərtlə başlaya bilər ki, burada beynəlxalq, başa düşülən platformada, etibarlı ölkələrin və liderlərin iştirakı olsun. Onların bu müharibənin bitməsinin mərhələləri ilə bağlı müxtəlif fikirləri var, lakin biz hamımız eyni tərəfdə olmalıyıq, bir-birimizə güvənməliyik".