Makrondan siyasi hiylə - Səsləri parçalamaq üçün 180-dən çox namizəd...

Fransada "Milli Birlik"in əleyhdarları ifrat sağçı partiyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün səylərini gücləndiriblər. 

Bizimxeber.az bildirir ki, iki yüzə yaxın namizəd seçiciləri parçalamamaq üçün seçkilərin ikinci turunda iştirakdan imtina edəcəklərini bəyan ediblər

"Reuters" in məlumatına görə, 180-dən çox namizəd Fransanın 577 yerlik milli parlamentinə bazar günü keçiriləcək ikinci tur seçkilərində iştirak etməyəcəklərini təsdiqləyib. 

Digərlərinin oxşar qərar qəbul etmək üçün Paris vaxtı ilə saat 18:00-a qədər vaxtı var.

Bazar günü keçirilən səsvermənin ilk turunda Marin Le Penin Milli Birliyi qalib gəlib. Üçüncü yerdə Emmanuel Makronun mərkəz düşərgəsi, ikinci yerdə isə solçu “Yeni Xalq Cəbhəsi” qərarlaşıb.

Fransa prezidenti Emmanuel Makron ifrat sağçılara qarşı çıxmaq üçün ikinci turda “demokratik birliyə” çağırıb . Bu mövzuda ətraflı oxuyun: Makronun səhvi, “Putin dostlarının” qələbəsi: Fransa ifrat sağın gücündən qaça bilərmi.