"Macarıstanın Rusiya-Ukrayna müharibəsi məsələsində fərqli mövqeyinə görə Aİ-dən uzaqlaşdırılacağına inanmıram".
Bizimxeber.az bildirir ki, bu barədə Macarıstan hökumətinin başçısı Viktor Orban deyib.
Orban qeyd edib ki, əgər bir dövlətin bir fikri, 26 dövlətin isə başqa fikri varsa, bu, təcriddən yox, demokratik cəmiyyətdə “müzakirədən” xəbər verir.
Onun sözlərinə görə, Macarıstanda fərqli mövqelər heç vaxt təcrid kimi qəbul edilməyib.
O xatırladıb ki, 2015-ci ildə miqrasiya böhranı zamanı Macarıstan da Aİ-də tamamilə tək idi. Orban həmçinin bildirib ki, Tramp Rusiya Federasiyası ilə kommunikasiya xəttini açmaq və Ukraynada atəşkəs rejimini təşviq etmək üçün Kremlin rəhbəri Vladimir Putinə zəng etməlidir.