Kuba da BRİKS-ə qoşulmaq istəyir

"Kuba artıq BRİKS ilə tərəfdaş statusu almaq üçün rəsmi ərizə göndərib".

Bizimxeber.az bildirir ki, bu barədə Rusiyanın Havanadakı səfiri Viktor Koronelli TASS-a deyib. 

Diplomatın sözlərinə görə, Kuba BRİKS assosiasiyasının işinə qoşulmağa maraq göstərir. "Kubalılar maraqlıdır və müvafiq ərizə təqdim olunub", - Koronelli vurğulayıb.

Qeyd edək ki, Kuba prezidenti Migel Diaz-Kanel Bermudes Kazanda keçiriləcək BRİKS sammitinə dəvət alıb.