İsrailin işğalı halında İran Hizbullahı dəstəkləyəcək - Xarazi

"İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, "Hizbullah"ı dəstəkləyəcəyik".

Bizimxeber.az bildirir ki, bunu İranın ruhani lideri Ayətullah Əli Xameneinin müşaviri Kamal Xarazi deyib.

Belə bir vəziyyətdə bizim Hizbullahı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz qalmayacaq deyən Xarazi əlavə edib ki, bu halda bütün Livan xalqı, ərəb ölkələri və müqavimət oxu İsrailə qarşı Livanı dəstəkləyəcək.

Qeyd edək ki, Hizbullah döyüşçüləri Yuxarı Qalileydə beş yaşayış məntəqəsində İsrail ordusunun mövqelərinə hücum edib.

"Bild" qəzetinin mənbələrə istinadən yazdığı kimi, İsrail iyulun ikinci yarısında Livanın cənubunda Hizbullaha qarşı hərbi əməliyyata başlaya bilər.