İsrail Trampla müzakirədən sonra Livana zərbə endirdi


İsrail noyabrın 7-də səhər saatlarında Beyrutun cənubuna yeni zərbələr endirib. 

İsrailin baş naziri dünya liderləri arasında Trampı təbrik edən ilk şəxslərdən biri olub və onun yenidən seçilməsini tarixin ən böyük dönüşü adlandırıb.

Netanyahunun ofisinin bəyanatında deyilir ki, noyabrın 7-də telefon danışığında onlar İsrailin təhlükəsizliyi üçün birgə işləmək barədə razılığa gəliblər və “İran təhlükəsini müzakirə ediblər.

Tezliklə İsrail ordusu Beyrutun cənubundakı Hizbullahın İran tərəfindən dəstəklənən əsas qalasına hücuma keçib.