İranda ötən il 17 nəfərin ölümünə və 200-ə yaxın insanın zəhərlənməsinə səbəb olan surroqat spirti istehsal etməkdə və kütləvi şəkildə yaymaqda ittiham olunan 4 nəfər edam edilib.
Bizimxeber.az bildirir ki, bu barədə Nour News məlumat verib.
“Edam 2023-cü il iyunun 16-da Kerec şəhərində 17 nəfərin ölümü, 191 nəfərin zəhərlənməsi ilə nəticələnən spirtli içkilərin istehsalı və yayılması işi üzrə həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Nour News-un məlumatına görə, dörd əsas müttəhim edam edilib, bu işdə təqsirli bilinənlərin qalan hissəsi isə həbs cəzasını çəkir. İranda qeyri-müsəlmanlar və biznes sahibləri dini və sənaye məqsədləri üçün məhdud miqdarda spirtli içki əldə edə bilərlər.