İlon Mask Şolzu axmaq adlandırdı - Hökümət reaksiya verdi

Almaniya hökuməti milyarder və Donald Trampın tərəfdarı İlon Maskın kansler Olaf Şolzla bağlı açıqlamasına reaksiya verib.

Bizimxeber.az bildirir ki, bu barədə “Spiegel” yazıb.

Hökumətin sözçüsü müavini Kristian Hoffmann deyib ki, bu ifadə "sadəcə söz azadlığı"dır: "Bu, Maskın "X" platformasında öz fikirlərini ifadə etmək hüququna sahib olduğunu qeyd etməkdir".

Hoffmann, həmçinin Almaniya hökumətinin X-dəki hesablarının fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, sosial media, hökumətin işlərini izah etmək və ictimaiyyətə çatdırmaq üçün mühüm bir alət olaraq qalır.