Husilər Qırmızı dənizdə 4 ticarət gəmisinə hücum edib

Yəmənin Ənsar Allah hərəkatının husiləri Qırmızı və Aralıq dənizlərində 4 ticarət gəmisinə hücum ediblər.

Bizimxeber.az bildirir ki, bu barədə Husilərin sözçüsü Yəhya Sariya Əl Masirah telekanalında bildirib.

İraq İslam Müqaviməti döyüşçüləri ilə birlikdə Husilər Aralıq dənizində İsrailin Hayfa limanına gedən Waler neft tankerini vurublar.

Husilər Aralıq dənizində “Johannes Maersk” konteyner gəmisinə, “Delonix” maye kimyəvi tankerə və Qırmızı dənizdə “Ioannis” yük daşıyan gəmisinə də hücum ediblər.

Bundan əvvəl husilər İsrail gəmisinə öz hipersəs raketi ilə ilk zərbə endirdiklərini açıqlamışdılar.