"Gürcüstanın gələcəyinə gürcülər qərar verməlidir" - Sullivan

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan Gürcüstanın seçki prosesi ilə bağlı ABŞ-ın narahatlığını bir daha təkrarlayıb.

Bizimxeber.az bildirir ki, o, Sallivanın prezident Baydenin beynəlxalq iqtisadi strategiyası və vizyonu ilə bağlı çıxışı zamanı Vaşinqtonda Brookings İnstitutunda Globalnew.ge -nin sualını cavablandırarkən Gürcüstandan danışıb.

“Biz Gürcüstanda demokratik təsisatların trayektoriyası və seçki prosesi ilə bağlı narahatlığımızı çox açıq şəkildə bildirdik və bundan çox narahatıq. Nəhayət, Gürcüstanın gələcəyini gürcü xalqı azad və ədalətli prosesdə həll etməlidir. Düşünmürəm ki, Gürcüstanda heç kim öz ölkəsini başqa ölkəyə, o cümlədən ÇXR-ə girov qoymaq istəyir”, – Ceyk Sallivan bildirib.