Parlament seçkilərini işıqlandırmaq üçün Gürcüstana yollanan çex-böyük britaniyalı müstəqil jurnalist Rey Beyslinin Tbilisi hava limanında saxlanıb.
Bizimxeber.az bildirir ki, bu barədə “ Echo of Caucasus” xəbər verib.
Oktyabrın 22-də Beysli özünün X (Twitter) səhifəsində təyyarədən çəkilmiş fotonu yayımlayıb və qeyd edib ki, o, Tbilisiyə gedir və bu şənbə “Gürcüstanın və regionun tarixinə qərar veriləcək".
Daha sonra isə o, yazıb ki, Gürcüstana gəldikdən sonra onun ölkəyə girişinə icazə verilməyib.
"Bu gün saat 19:30-da heç bir əsas və izahat olmadan məni Gürcüstana buraxdılar. Bu, qəbuledilməzdir, hətta yerli sərhədçilər də bilmirlər ki, niyə məni içəri buraxmırlar".
Beysli Gürcüstanda baş verənləri fəal şəkildə izləyir və başqa şeylərlə yanaşı, qalmaqallı “xarici agentlər” haqqında qanuna qarşı etirazları işıqlandırırdı. Gürcüstanın Daxili İşlər Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək və ölkənin gələcək kursu üçün həlledici hesab olunur.