Gürcü polisi Atlantic Council əməkdaşlarını hədəf aldı - Axtarış aparıldı

Gürcüstanın maliyyə polisi “çirkli pulların yuyulması” araşdırması çərçivəsində Amerikanın “Atlantic Council” analitik mərkəzinin iki gürcü əməkdaşının evində axtarış aparıb.

Bizimxeber.az bildirir ki, bu barədə “ Echo of Caucasus ” və gürcü jurnalistlər sosial şəbəkələrdə məlumat yayıblar.

Axtarışlar Sofo Gelava və Eto Buziaşvilinin evlərində aparılıb. Onların vəkilləri Gürcüstanın “Azadlıq” radiosuna bildiriblər ki, axtarışlar çirkli pulların yuyulması, dələduzluq və vergidən yayınma maddələri ilə eyni istintaq çərçivəsində aparılıb. Bu işdə təqsirləndirilən şəxslərin adları hələlik məlum deyil. 

Sofo Gelavanın əri yazıb ki, axtarış zamanı bütün ailənin noutbukları götürülüb.Hər iki ekspert DFR Lab rəqəmsal ekspertiza laboratoriyasının bir hissəsi kimi dezinformasiya tədqiqatı üzrə Atlantik Şurasında işləyir.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək və ölkənin gələcək kursu üçün həlledici hesab olunur.

Səsverməyə bir neçə gün qalmış hakim partiyanın fəxri sədri və onun seçki siyahısında bir nömrəli sədri Bidzina İvanişvili yeni parlamentdə konstitusiya çoxluğu əldə ediləcəyi təqdirdə əsas müxalifət qüvvələrinin fəaliyyətini qadağan etmək vədini təkrarlayıb.