Güclü tornado ABŞ-da şəhəri xarabalığa çevirdi, - Ölənlər var - VİDEO

Güclü tornado ABŞ-ın şəhərlərindən birini xarabalığa çevirib. Bir neçə nəfərin öldüyü deyilir.

Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" xəbər verib.

Agentliyin məlumatına görə, təbii fəlakət Ayova ştatında, Qrinfild adlı kiçik qəsəbədə baş verib. Bir neçə nəfər ölüb, 10-dan çox insan yaralanıb. Şəhərdə evlər dağıdılıb, dağıntılar hər yerə səpələnib. Külək o qədər şiddətli olub ki, hətta bir neçə böyük külək turbinini də sıradan çıxarıb.

"Bu tornado şəhərin böyük bir hissəsini dağıdıb. Tornado nəticəsində bir neçə nəfər həlak olub".

Tornado yerli xəstəxanaya da ziyan vurub, yaralıları qonşu şəhərlərə daşımağa məcbur edib.  Ayova qubernatoru "fəlakətlə bağlı fövqəladə vəziyyət" elan edib.