Gömrük Komitəsinin yeni binasının interyerini quran şirkət cərimələnir

"Urbek-Az" MMC-yə inzibati protokol yazılıb.

MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır. Baxış iclası oktyabrın 18-də keçiriləcək.

Qeyd: Şirkət Dövlət Gömrük Komitəsinin yeni binasının interyerini qurub.