Fransadan maraqlı namizəd - Tyerri Breton

Fransa prezident Emmanuel Makron yeni səlahiyyət müddəti üçün Fransadan Avropa komissarı vəzifəsinə Tyerri Bretonun namizədliyini irəli sürmək qərarına gəlib.

Bizimxeber.az bildirir ki, bu barədə “Le Monde” məlumatlı mənbələrə istinadən xəbər verir.

Onların məlumatlarına görə, Fransa prezidenti Brüsseldə Aİ liderlərinin sammiti başlamazdan əvvəl “Avropanı Yenilə” liberal qrupunun lider həmkarlarına, həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelə öz seçimi barədə məlumat verib. 

Mənbələrin bildirdiyinə görə, Makron onlara öz seçimini Aİ-nin digər 26 üzv dövlətinin dövlət və hökumət başçılarına elan edəcəyini bildirib.

Le Monde-un qeyd etdiyi kimi, Fransadakı seçkilərlə bağlı vəziyyət bu qərarda müəyyən rol oynayıb, çünki prezident üçün söhbət ifrat sağçı “Milli Birlik”in səs çoxluğu əldə edəcəyi halda Avropa siyasəti ilə bağlı səlahiyyətlərini qorumaqdan gedir.