Fransa Usamə Bin Ladenin oğlunu ekstradisiya etdi

Terrorçu Usamə Bin Ladenin oğlu Ömər Bin Laden 2023-cü ildə "sosial şəbəkələrində terrorizmi tərifləyən şərhlər yazdıqdan" sonra Fransadan deportasiya edilib. 

Bizimxeber.az bildirir ki, bu barədə Fransanın daxili işlər naziri məlumat yayıb.

Oktyabrın 8-də terrorçu Usamə Bin Ladenin böyük oğlu Ömər Bin Ladenin "ərazisinə girişinə inzibati qadağa" elan edib. "Orne departamentinin prefekti OQTF (Fransa ərazisini tərk etmək öhdəliyi) verib və bin Ladeni oradan çıxara bilib". 

Daxili işlər nazirinin sözlərinə görə, Ömər Bin Laden 2021-ci ildən “Britaniya vətəndaşının əri kimi” Ornedə yaşayır və 2023-cü ildə terrorizmi tərifləyən şərhlər verib.