Finlandiyanın Sərhəd Xidməti nəhayət ki, Lieksan rayonundakı “İnari” və “Parikkala” müvəqqəti sərhəd-keçid məntəqələrini həmişəlik bağlayıb.
Bizimxeber.az bildirir ki, bu barədə Yle məlumat verib.
“İnari” və “ Parıkkala ”da Rusiya ağaclarının ixracına qoyulan məhdudiyyətlər səbəbindən müvafiq olaraq 1 noyabr 2021-ci il və 19 aprel 2022-ci il tarixdən nəqliyyatın hərəkəti bağlanıb.
"Qərar mövcud vəziyyəti heç bir şəkildə dəyişmir və yerli sakinlərə təsir etməyəcək. Bu, İnari keçid məntəqəsinin bağlanması ilə bağlı son qərardır", - Şimali Kareliya Sərhəd Xidməti komandirinin müavini Samuli Murtonen bildirib.
İctimai yayımçı qeyd edib ki, müvəqqəti sərhəd-keçid məntəqələrinin bağlanması barədə qərar oktyabr ayında Finlandiya sərhəd mühafizəsinin rəisi və Rusiya sərhəd mühafizəsinin rəhbəri tərəfindən yekdilliklə qəbul edilib.
Bu qərarın nəticəsi olaraq Finlandiya Parikkala və İnari keçid məntəqələrini ləğv etmək üçün sərhəd-keçid məntəqələri ilə bağlı hökumət qaydalarına dəyişiklik etməli olacaq.
Xatırladaq ki, aprel ayında Finlandiya hökuməti hibrid miqrasiya böhranına qarşı çıxmaq üçün Rusiya ilə sərhədi qeyri-müəyyən müddətə bağlı qoyub.