Finlandiya özünü Rusiyadan belə qoruyur - Hasarın bir hissəsi hazırdır

Finlandiyanın Vaalimaa şəhərində Rusiya ilə şərq sərhədində artıq qismən hasar çəkilib.

Bizimxeber.az bildirir ki, bu barədə Yle telekanalı məlumat yayıb.

Ümumilikdə ölkə Vaalimaa sərhəd-keçid məntəqəsinin cənubuna və şimalına 12 km hasar çəkməyi planlaşdırır. Bu sahədə tikinti işlərinin gələn ilin sonuna kimi aparılması planlaşdırılır. Finlandiyanın cənub-şərqində Nuijamaa və Vainikkala rayonlarında da işlər aparılır. 2026-cı ilin yazına kimi orada 17 km hasarın çəkilməsi planlaşdırılır.

Finlandiya sərhəd mühafizəsi 2026-cı ilin sonuna kimi Rusiya ilə şərq sərhədində 200 km hasar çəkməyi planlaşdırır. İmatra və Sallada hasarın sınaq sahələri keçən il ucaldılıb.

Xatırladaq ki, aprel ayında Finlandiya hökuməti hibrid miqrasiya böhranına qarşı çıxmaq üçün Rusiya ilə sərhədi qeyri-müəyyən müddətə bağlı qoyub .