Ermənistan XİN-dən Təbrizdə konsulluq açıqlaması

Təbriz şəhərində Ermənistan konsulluğunun açılması ilə bağlı məsələ iki ildir müzakirə olunur.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilir ki, məsələ ilə bağlı Ermənistan XİN-ə müraciət olunub. Qurumdan verilən məlumata görə, hələ ki, Ermənistanın konsulluğunun nə vaxt açılacağı bilinmir.

“Hazırda Təbriz şəhərində açılış üçün hazırlıq işləri görülür”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Təbriz şəhərində konsulluğun açılması ilə bağlı razılaşma 2022-ci ildə əldə olunub. Daha əvvəl isə konsulluğun bu ilin əvvəlində açılacağı bildirilmişdi.