Bu ölkələr Rusiya aktivlərinin Ukrayna verilməsini dəstəkləmədi

"Səkkiz AB-yə namizəd ölkədən yalnız beşi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi qərarına qoşulub. Gürcüstan, Moldova və Serbiya bu siyahıda yoxdur".

Bizimxeber.az bildirir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina Ukraynanı dəstəkləmək üçün Aİ Şurasının 2024/14701 saylı Rusiya aktivlərindən əldə edilən gəlirlərin immobilizasiyası ilə bağlı qərarına qoşulublar”, - deyə məlumatda bildirilir.

Avropa azad ticarət zonasına daxil olan İslandiya, Lixtenşteyn və Norveç də qərarı dəstəkləyib. Bəyanatda deyilir ki, adları çəkilən bütün ölkələr milli siyasətlərinin Aİ Şurasının icra qərarlarına uyğun olmasını təmin edirlər.

Aİ ölkələri mayın 21-də Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi planını təsdiqləyib.

İyunun 24-də Aİ-nin xarici işlər üzrə nümayəndəsi Josep Borrell bildirib ki, assosiasiya ölkələrinin xarici işlər nazirləri bu gəliri Ukraynaya silah almaq üçün Avropa Sülh Fonduna köçürməyə razılaşıblar.