BRİKS ölkələri Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsini dəstəkləyib.
Bizimxeber.az bildirir ki, bu barədə BRİKS-in Kazanda keçirilən sammitinin yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.
Sammit iştirakçıları BMT əməkdaşlarına qarşı hücumları və onların təhlükəsizliyinə təhdidləri pisləyib və İsraili bu cür hərəkətləri dərhal dayandırmağa çağırıblar.