Boliviya prezidenti çevriliş cəhdindən danışdı

Boliviya prezidenti Luis Arce ölkəsində çevriliş cəhdi zamanı hadisələrin necə inkişaf etdiyindən danışıb.

Bizimxeber.az bildirir ki, o, deyib ki, - “Görünür, onlar çevrilişi dəstəklədikləri üçün giriş əldə etdikləri müxtəlif yerlərdən bir neçə maşından istifadə ediblər. Amma təbii ki, qoşulmayan, heç olmasa dərhal qoşulmayan bölmələr də olub. Məhz bu gecikmə çevrilişin təşəbbüskarlarının böyük narahatlığına səbəb oldu və onların planları pozulub"

Boliviya prezidenti onu da qeyd edib ki, polisi təhrikçilərin çağırışına cavab verməyib: "Polis rəisini buna təhrik ediblər, lakin o razılaşmayıb. O, bizə hər şeyi danışdı və prezidentin və hökumətin əmrlərini yerinə yetirdiyini bildirdi".

Onun sözlərinə görə, bir çox hərbi hissələr, bir çox diviziyalar da təhrikçilərin göstərişlərini yerinə yetirməkdən imtina ediblər: ""Hesab edirik ki, ölkəmizdə belə bir üsyan qaldırmağa zərrə qədər də səbəb yoxdui", - prezident vurğulayıb.