Belarusda prezident seçkilərini vaxtı bəlli oldu

Lukaşenka Belarusda 2025-ci ildə keçiriləcək prezident seçkilərini yanvarın 26-na təyin etmək qərarına gəlib.

Bizimxeber.az bildirir ki, bu barədə BelTA dövlət informasiya agentliyi məlumat yayıb.

Belarus Nümayəndələr Palatasının iclasında onlar səsvermənin 2025-ci il yanvarın 26-da keçirilməsi barədə qərar qəbul ediblər. 

Bildiyiniz kimi, 2020-ci ilin avqustunda keçirilən saxta seçkilərdən sonra Lukaşenko minlərlə belaruslunun etirazını sərt şəkildə yatırtdı. O vaxtdan bəri ölkədə real müxalifət olmayıb və müstəqil medianın işi əngəllənib, rejim əleyhdarları ya həbsdədir, ya da sürgündədir.

Söhbət 2022-ci ilin fevralında keçirilən  “konstitusiya referendumunun” nəticələrinə əsaslanan dəyişikliklərdən gedir.