Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,68 % azalaraq 77 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 77,53 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.