Ankaradakı terrora Türkiyədən cavab - 32 PKK hədəfi məhv edildi 

Türkiyə Hərbi Hava Qüvvələri İraq və Suriyada Kürdüstan Fəhlə Partiyası yaraqlılarının mövqelərinə zərbələr endirib. 

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hava əməliyyatı terror aktlarının aradan qaldırılması məqsədilə həyata keçirilib. Hava hücumları nəticəsində, terrorçulara məxsus 32 hədəf məhv edilib. 

Yaraqlıların çoxu mülki əhali və ətraf mühit üçün minimal risklə zərərsizləşdirilib.

Xatırladaq ki, oktyabrın 23-də Ankaradan təxminən 28 km aralıda yerləşən Kahramankazanda “Turkish Aerospace Industries” şirkətinin qərargahı yaxınlığında terror aktı baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya bildirib ki, onlardan ikisi zərərsizləşdirilib.

Terror aktı nəticəsində 5 nəfərin öldüyü bildirilib.