Almaniya rekord silah ixracını təsdiqlədi

Bu ilin yanvarın 1-dən iyunun 18-dək Almaniya rekord məbləğdə 7,48 milyard avro dəyərində silah ixracını təsdiqləyib.

Bizimxeber.az bildirir ki. bu DPA məlumat yayıb.

“Almaniya hökuməti yanvarın 1-dən iyunun 18-dək ən azı 7,48 milyard avro (8,01 milyard dollar ) dəyərində silah ixracını təsdiqləyib ki, bu da keçən ilin birinci yarısından 30% çoxdur”.

Qeyd olunur ki, Almaniyanın ixracının demək olar ki, üçdə ikisi, yəni 65%-i 4,88 milyard avro həcmində Ukraynaya gedir. 

Alman silahlarının ilk 3 ən böyük alıcısına Sinqapur (1,21 milyard avro) və Hindistan (153,75 milyon avro) daxildir. Almaniya Bundestaqının deputatı Sevim Dağdele döyüş bölgələrinə silah ixracının kütləvi şəkildə artırılmasını və böhranları məsuliyyətsizlik adlandırıb.

Bundan əvvəl, mayın 31-də Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreyn bildirmişdi ki, ölkə hakimiyyəti Ukraynanın Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətindəki mövqelərinə hücum etmək üçün onun silahlarından istifadə etməsinə icazə verib.