Aİ səfirləri Navalnının ölümü ilə bağlı yeni sanksiyaları təsdiqlədi

Avropa İttifaqı dövlətləri Brüsseldə keçirilən iclasda rus müxalifət lideri Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıyan 20-yə yaxın şəxsə qarşı yeni sanksiyalar barədə razılığa gəliblər.

Bizimxeber.az bildirir ki, məlumatı Europa Press yayıb.

Aİ səfirləri Rusiyada insan hüquqlarının pozulmasına görə sanksiyalar rejimi çərçivəsində tədbirlər haqqında razılığa gəliblər və bununla da Rusiyanın siyasi, məhkəmə və penitensiar sisteminin 33 nümayəndəsinə qarşı mart ayında artıq təsdiq edilmiş sanksiyaları genişləndiriblər.

Qeyd edək ki, Rusiya Federasiyasının Federal Penitensiar Xidməti fevralın 16-da Navalnının Yamalo-Nenets Muxtar Dairəsinin 3 saylı islah koloniyasında ölməsi barədə məlumat yayıb. 

Qərb dövlətləri rusların ölümünə görə məsuliyyəti Rusiya rəhbəri Vladimir Putinin üzərinə qoyurlar.