Aİ-dən Şimali Koreyaya sərt xəbərdarlıq - Qanunsuz hərəkətləri dayandır!

Avropa İttifaqı Koreya Xalq Demokratik Respublikasının ballistik raketlər buraxmasını kəskin şəkildə pisləyib.

Bizimxeber.az bildirir ki,Pxenyanın bu addımı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin növbəti dəfə pozulmasıdır.

Aİ KXDR-i regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bütün qanunsuz hərəkətləri dayandırmağa çağırdığını təkrarlayıb.

“Biz KXDR-i müvafiq tərəflərin dialoq təkliflərini qəbul etməyə və nüvə silahlarından və ballistik raketlərdən tam, nəzarətli və dönməz imtina ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

"Biz həmçinin KXDR və Rusiya arasında əməkdaşlığın dərinləşməsindən ciddi narahatıq. Bu, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin kobud şəkildə pozulmasıdır. Biz KXDR və Rusiyaya qeyri-qanuni silah ötürülməsini dayandırmaq üçün sərt çağırışımızı bir daha təkrar edirik", - Aİ bildirib.

Aİ Koreya yarımadasının tam, nəzarətli və geri dönməz nüvəsizləşdirilməsinə yönəlmiş mənalı diplomatik prosesin təşviqində bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır.

Birləşmiş Ştatlar hesab edir ki, Şimali Koreya Rusiyaya hərbi yardım müqabilində  uzaqmənzilli raketləri və nüvə silahlarını təkmilləşdirmək üçün texnologiya tələb edə bilər.