ABŞ prezidentinin Vaşinqtondakı iqamətgahı qarşıdan gələn prezident seçkiləri ilə bağlı təhlükəsizlik tədbiri olaraq hasarla əhatə olunub.
Bizimxeber.az bildirir ki, iqamətgahın da daxil olduğu bina kompleksinin ərazisi ətrafında iki metrlik hasar çəkilib.
Lafayette Meydanının bir hissəsi adi günlərdə bağlanan əraziyə əlavə edildi.
Gücləndirilmiş təhlükəsizlik tədbirlərinin yanvarın 20-də ABŞ-ın yeni prezidentinin andiçmə mərasiminə qədər davam edəcəyi dəqiqləşdirilir.