ABŞ donanması Livana yaxınlaşdı - Təxliyə planı

Pentaqon zərurət yaranacağı halda ABŞ vətəndaşlarını Livandan təxliyə etmək üçün donanmanı İsrail-Livan sərhədinə yaxınlaşdırıb.

Bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bu qərar İsraillə Hizbullah hərəkatı arasında gərginliyin artması fonunda qəbul edilib:

“İyunun 26-da ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum gəmisi “USS Wasp” və xüsusi əməliyyatlarla məşğul olan 24-cü Dəniz Ekspedisiya Bölməsi Aralıq dənizinə yerləşdirilib".